"Sabunçu Dəmiryol Vağzalında eskalator bir aydır işləmir" - Sakinlərdən şikayət

"Sabunçu Dəmiryol Vağzalında eskalator bir aydır işləmir" - Sakinlərdən şikayət
SOSİAL
16:12 24.10.2025
77
Sabunçu Dəmiryol Vağzalında eskalatorun işləməməsi sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, bir aydan çoxdur qurğu işləmir.

"Bir aydan çoxdur ki, eskalator xarab olub. Onun işləməməsi gənclər üçün o qədər də bir fərq etməsə də, yaşlı insanların pilləkəni qalxmasına çətinlik törədir", - deyə sakinlər bildirib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanlanıb.
 

OXŞAR XƏBƏRLƏR