Sabunçu rayon icra hakimiyyətindən deputata - CAVAB

SİYASƏT
13:05 29.10.2014
2727
Xəbər verdiyimiz kimi, Milli Məclisdə “Bələdiyyələrin statusu haqqında” Qanunun müzakirəsi zamanı deputat Hacı Qalib Salahzadə olduqca sərt açıqlama verib.
Millət vəkili çıxışı zamanı deyib ki, artıq Sabunçu rayonunda bələdiyyəyə seçiləcək şəxslərin adı bəllidir: “Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər gəlin səs versin. Bunu bütün deputatlar da bilirlər”.
AZXEBER.COM məsələylə bağlı Sabunçu rayon icra hakimiyyətiylə əlaqə saxlayıb. İcra hakimiyyətindən deyilib ki, bələdiyyə seçkiləri icra hakimiyyətinin səlahiyyətinə daxil deyil: "Bunu hər kəs bilir ki, Azərbaycanda bələdiyyə üzvləri seçkiylə seçilir və seçkini Mərkəzi Seçki Komissiyası (MSK) həyata keçirir. Bu məsələdə icra hakimiyyətin adının hallanması düzgün deyil.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR