Sabunçu rayonunda silah-sursat aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Keçirilən növbəti tədbirlər nəticəsində Sabunçu rayonu ərazisində 1 tapança, 1 patron darağı və 5 patron tapılaraq götürülüb.
Araşdırma aparılır.