Sabunçu rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb.
AZXEBER.COM xəbər verir ki, rayonun Zabrat qəsəbəsi, Şərifzadə küçəsində nömrəsiz evdə yaşayan 2009-cu il təvəllüdlü Həsənova Fərqanə Taleh qızı ötən gün yaşadığı evdən çıxaraq xəbərsiz itkin düşüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.