Sabunçuda faciə — Uşaq yük avtomobilinin təkərləri altında qaldı

Sabunçuda faciə — Uşaq yük avtomobilinin təkərləri altında qaldı
SOSİAL
09:14 18.12.2017
742
Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.
 
AZXEBER.COM " "Report"- a istindən xəbər verir ki hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.
 
Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib.
 
Körpə həmin yük avtomobilinin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR