Mütəxəssislər saç tökülməsi probleminin qarşısını alan səbəbləri açıqlayıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər saçlara zərər verə bilən kimyəvi maddələr olan şampunlardan uzaq durmağın kişilərin saç tökülməsinin qarşısını almağa kömək edə biləcəyini söyləyiblər.
ABŞ-ın Ohayo Dövlət Universitetinin dermatoloqu Dr. Susan Massick kişilərin keçəllik yaranan kimi yumurta, mal əti, noxud, balqabaq tumları və qara lobya kimi qidaları daha çox istifadə etməli olduqlarını vurğulayıb.
Digər mütəxəssislər daha əvvəl demək olar ki, bütün şampunlarda olan sulfat və formaldehid tərkibli şampunlardan istifadə etməmək barədə xəbərdarlıq etmişdilər. Xəbərdarlığa əsasən, bunlar saçlara zərər verə bilər və saç tökülməsini artıraraq baş dərisini qıcıqlandıra bilər, lakin araşdırmalar bunu hələ təsdiqləməyib.
Hesablamalara görə, kişilərin yarıdan çoxu 40 yaşına qədər hər hansı bir saç tökülməsi ilə qarşılaşır və bir çoxları müalicələrə əhəmiyyətli miqdarda pul xərcləyirlər.
Ayşən