Saçı tökülənlərə xoş xəbər - Azər Şamilovdan 50 faiz endirim

SAĞLAMLIQ
21:19 29.11.2018
4606
"Saç tökülməsi müxtəlif səbəblərdən qaynaqlanır. Bu sırada daxili orqanlarda baş verən xəstəlikləri, irsiyyət faktorunu, immunoloji problemləri, zob xəstəliyini, qan və dəmir azlığını, qeyri-sağlam həyat tərzini, qeyri-düzgün qidalanmanı, vitamin çatışmazlığını, stress və digərləri yer alır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında dermatokosmetoloq Dr. Azər Şamilov söyləyib.

Onun sözlərinə görə, saçların kökləri əsasən maddələr mübadiləsi pozulduğu zaman seyrəlməyə başlayır:

"İnsan saçı çox unikaldır. Tək bir tükün özünə məxsus unikal həyatı var. Tüklər bir-birinə bağlı olmadan yaşayırlar. İnsan saçı o qədər unikaldır ki, həm də daxili orqanlarda olan bir problemin aynası ola bilər. Bədəndə toksinlər yığılanda, daxili orqanda problem yarananda saçın rəngində, quruluşunda, parlaqlığında, qalınlığında problem yaranar".

"Saç tökülməsinin qarşısını hansı yollarla almaq mümkündür” sualımıza cavabında Dr. Azər Şamilov bildirdi ki, müasir təbabətdə buna qarşı XXI əsrin qızıl standartı - PRP, yəni Platelet Rich Plazma üsulundan istifadə olunur:

"PRP həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə edilən tibbi prosedurdur. PRP-nin mahiyyəti insanların öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. PRP sistemi zamanı bədənə inyeksiya edilən trombositlər kök hüceyrələri aktivləşdirərək toxumaların yenilənməsinə yardım edir. Qandan ayrılan trombositin üzərinə xüsusi aktivləşdirici maddə əlavə olunur və xəstəyə inyeksiya edilir. Dərinin kollagen prosesini yaxşılaşdıran PRP dərimizin gəncləşməsindən saç, üz, bədənin hər sahəsinin yenilənməsini təmin etməkdə ən təsirli üsullardan biridir”.

Alopecia areata (ocaqlı dazlıq) adlanan xəstəlik də çox rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik bədəndə, xüsusi ilə saçlı dəridə olan tüklərin və saçların tökülməsi ilə müşahidə olunur. Xəstəliyin tam səbəbi hələ də tam öyrənilməmişdir. Lakin bəzi tətdiqaqatlar nəticəsində məlum olmuşdur ki, tük follikulunun ətrafındakı T-limfositlər iltihabəleyhinə proteinlər (sitokinlər və hemokinlər) ifraz edirlər ki, bunlarda saçların zədələnməsinə səbəb olur.

Alopecia areata ən çox kimlərdə rast gəlinir?
Alopecia areata (ocaqlı dazlıq) istənilən yaşda olan qadın və kişilərdə, o cümlədən uşaqlarda da rast gəlinir. Xəstəlik adətən 50% hallarda uşaq və yeniyetmə dövründə, 80% hallarda isə 40 yaşdan aşağı kişi və qadınlarda müşahidə olunur. Xəstəliyin rast gəlmə tezliyinin pik dövrü 15-29 yaş arasıdır.

Ancaq bir çox tədqiqatlar alopecia areatanın (ocaqlı dazlıq) ən çox stressdən sonra (əksər hallarda xəstəlik başlamadan 3-6 ay öncə xəstələrdə stress və ya emosional gərginliyin olduğu müşahidə olunur), hormonal dəyişikliklərdən, travmadan, virus infeksiyalarından sonra yarandığını göstərir. 10-20% hallarda genetik olaraq meydana çıxa bilər (digər ailə üzvlərində də yarana bilər).
 
Bu xəstəliklərlə bağlı dekabr ayında dermatoloq Azər Şamilova müraciət edənlərə 50 faiz endirim olacaq.


Xatırladaq ki, hazırda "Medera Hospital”da çalışan Dr. Azər Şamilov bütün növ dəri xəstəlikləri, kosmetik estetik prosedurlarını, mezoterapiyanı, PRP-ni, Fraction Lazerlə gəncləşmə prosedurlarını, Botox-u, Dolğu prosedurlarını və digər prosedurları həyata keçirir. Ölkəmizin ən peşəkar dermatoveneroloqlarından olan Dr. Azər Şamilov xaricdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanı təmsil edir. 

Ünvan: 8-ci mkr., Ə.Naxçıvani küç., 53

Mob: ‭+994 55 335 99 85‬

instagram: @dr.shamilov.azer

Facebook: @dr.shamilov.azer

OXŞAR XƏBƏRLƏR