ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərin maaşları artırıldı

İQTİSADİYYAT
12:55 12.06.2024
681
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.
 
Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:
 
1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;
 
2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;
 
3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;
 
4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;
 
5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;
 
6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;
 
7. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.
 
Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR