Bu gün sosial media dünyasında minlərlə insan tanınmağa çalışır. Amma az sayda insan öz fərqliliyini qoruyaraq zirvəyə yüksələ bilir. Safar Eyvazov də məhz belə simalardan biridir.
Azərbaycanda canlı yayım sahəsində ən çox izlənilən blogerlərdən olan Safar, qısa müddətdə beynəlxalq səviyyədə tanınmağa nail olub. 2025-ci ildə TikTok-un SNQ məkanında keçirdiyi yarışmada birincilik qazanması onun həyatında dönüş nöqtəsinə çevrilib.
Daha sonra "TikTok Live Fest” qalibi olması və Azərbaycanı beynəlxalq TOP 10 siyahısında təmsil etməsi böyük rezonans doğurub.
Safarın uğur hekayəsi yalnız məşhurluqdan ibarət deyil. Onu izləyənlər deyir ki, Safar daim insanlara hörmət edən, ailəsinə bağlı və səmimi qalmağı bacaran biridir.
Bu gün Safar Eyvazov həm uğurları, həm də xarakteri ilə Azərbaycan gəncləri üçün ilham verən simalar arasında göstərilir.











































