Sadiq Gözəlov DİN-dəki vəzifəsindən azad edildi

Sadiq Gözəlov DİN-dəki vəzifəsindən azad edildi
SOSİAL
10:35 15.02.2021
863
Daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.

AZXEBER.COM-un Report-a istinadən verdiyi məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, S.Gözəlov işdən çıxarılıb. Onun yerinə hələlik təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti "Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru təyin edilib.
OXŞAR XƏBƏRLƏR