Safura Rihannanı tənqid etdi: 'O əvvəllər oxuya bilmirdi'
MAQAZİN
12:19 04.08.2012
2413
Tanınmış müğənni Safura Əlizadə amerikalı müğənnilər Cenifer Lopez, Rihanna və Şakiranın Azərbaycana səfərinə hazırlaşır.AZXEBER.COM day.az saytına istinadən xəbər verir ki, yerli telekanallardan birinin efirində Safura öz fikirləri ilə bölüşüb.O, Beyonsun fanatı olduğunu deyib və onun Azərbaycana gəlmədiyindən təəssüfləndiyini bildirib."Bu üç müğənni arasında seçim etməli olsam, Rihannanı seçəcəm. O, səhnədə rəqsi və geyimləri ilə şou göstərir. Cenifer Lopez isə özünün rəqsi ilə diqqəti cəlb edir. Mənə elə gəlir ki, indi Rihanna daha çox seçilir. O, öz üzərində çox işləyir. Mən Rihannanı buna görə sevirəm. Əvvəllər o oxuya bilmirdi, indi isə yaxşı oxuyur", - o əlavə edib.