Şagird dəm qazından boğularaq öldü

Şagird dəm qazından boğularaq öldü
SOSİAL
20:12 07.01.2026
136
Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.

Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR