Bazar ertəsi Amerikanın Nevada ştatının Sparks şəhəri məktəblərindən birində dərs zamanı riyaziyyat müəllimi şagird tərəfindən qətlə yetirilib.
AZXEBER.COM İTAR-TASS-a istinadən xəbər verir ki, eyni zamanda iki məktəbli xəsarət alıb, onlardan biri təcili əməliyyat edilib. “Hücum edən şagird intihar edib”, - deyə Sparks meriyası nümayəndəsi Şon Keri məlumat verib. Hadisənin səbəbləri hələ də məlum deyil. İstintaq aparılır. Şagirdin qohumları və dostları, şagirdlər və müəllimlər sorğulanır. Faciənin təfərrüatları barədə məlumat verilmir. Yalnız bildirilir ki, müəllim sinif otağına silah gətirən şagirdi çağıraraq silahı ona verməyini, özü və ətrafındakılar üçün təhlükə yaratmamağı tövsiyə edib. Cavabında isə, bədənin müxtəlif yerlərindən güllə yaraları alıb.