Şagirdi 17 nəfər tualetdə dəfələrlə zorladı - Azərbaycanda məktəbdə iyrənc hadisə

Şagirdi 17 nəfər tualetdə dəfələrlə zorladı - Azərbaycanda məktəbdə iyrənc hadisə
SOSİAL
13:07 02.04.2019
22266
Şabran rayonunun kəndlərindən birində dəhşətli hadisənin üstü açılıb. Belə ki, həmin kənd sakini, hazırda 15 yaşı olan Amil Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edilib. Sinif yoldaşları və məktəbin digər şagirdləri 13 yaşından etibarən Amillə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

AZXEBER.COM xəbər verir ki, Publika.az-a müraciət edən yeniyetmənin atası Hətəm Həsənov deyib ki, bu hərəkətlər məktəbin həyətində, tualetində və kəndin müxtəlif yerlərində edilib: "Oğlum ilk dəfə 12-13 yaşında olarkən özündən 4-5 yaş böyük şəxs tərəfindən döyülərək qeyri-təbii yolla cinsi təcavüzə məruz qalıb. Bundan sonra həmin şəxs əgər kiməsə desə (əsasən də evdə) onu bütün kənddə biabır edəcəyini və onu yenə döyəcəyini bildirib. Bundan sonra məktəbin digər şagirdləri və kənd sakinləri də əxlaqsızcasına uşağa dəfələrlə zor tətbiq edərək, onu şantaj edərək onunla cinsi əlaqədə olub”.

A.Həsənovla cinsi əlaqədə olmuş şəxslərin sayı hələlik zərərçəkmiş şəxsin deməsinə görə 17 nəfər olub. Həmin şəxslərin bir neçəsi hazırda məktəbdə təhsil almaqda davam edir, bir hissəsi isə məktəbi bitirib. Uşağın atası bildirib ki, baş verənlərdən təxminən bir ay öncə xəbər tutub: "Əmisi oğlunun onun müəyyən hərəkətlərindən şübhələnərək sorğu suala çəkməsi nəticəsində hər şey üzə çıxıb”.

Eşitdiklərindən dəhşətə gələn ata müxtəlif yollar barədə düşünsə də sonda çarəni həmin şəxslərin cəzalanmasına nail olmaqda görüb, övladını isə psixoloq kurslarına aparıb. Həmçinin o, bir mart 2019-cu il tarixdə Şabran rayon Polis Şöbəsinə müraciət edib.

O, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər göndərib. H.Həsənov bildirib ki, 19 mart 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə cinayət işi başlanıb: "Amma cinayəti törədən şəxslərin kimliyi məlum olmasına baxmayaraq bu günə kimi adı çəkilən əksər şəxslər dindirilsə də hər hansı şəxs məsuliyyətə cəlb edilməyib. Halbuki, əldə edilmiş 3 tibbi ekspert rəyinə əsasən zərər çəkmiş şəxslə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma halları mövcud olub. Həmin şəxslərdən biri hətta oğluma zor tətbiq edib onunla cinsi əlaqədə olduğunu etiraf edib və səs yazısı istintaqa təqdim olunub”.

Məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, faktla bağlı cinayət işinin istintaqı davam etdirilir. Məsələyə istintaqın yekununda hüquqi qiymət veriləcək.

Hadisənin baş verdiyi kəndin adını və şəxslərin kimliyini etik qaydalar çərçivəsində qeyd etmirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı