Onların münasibəti biabırçılıq kimi dəyərləndirilib.
Bir müddət əvvəl şagirdi ilə münasibəti olduğu deyilən müəllimə yenə gündəmə gəlib.AZXEBER.COM-un məlumatına görə, iki il əvvəl İngiltərədə şagirdi ilə cinsi münasibətdə olduğu iddiası ilə işdən qovulan 27 yaşlı Eppi Spranq yenidən eyni şagirdlə münasibətdə olduğunu göstərməyə çalışıb. Bu barədə ingilis qəzeti “Mirror”xəbər yayıb.
2012-ci ildə 17 yaşlı şagirdi Metyü Robinzonla maşınında polislər tərəfindən gözlənilməz vəziyyətdə yaxalanan qadın ötən günlərdə Facebook profilində həmin oğlanla münasibətdə olduğunu qeyd edib.
Onların münasibəti yaxın dostları tərəfindən bəyənilsə də, bir çoxları tərəfindən pis qarşılanıb və biabırçılıq kimi dəyərləndirilib.