Şagirdlərin yerdəyişməsinə başlanılır

Şagirdlərin yerdəyişməsinə başlanılır
SOSİAL
10:53 14.10.2025
152
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Qeyd olunub ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.
OXŞAR XƏBƏRLƏR