Şagirdlərinin yanında alçaldılan müəllim infarktdan öldü - FOTOLAR
DÜNYA
12:27 04.04.2015
6734
Türkiyədə Yalova valisinin tənbeh edərək sinifdən qovduğu riyaziyyat müəllimi dünyasını dəyişib.Yalova valisi Səlim Cəbiroğlu keçən həftə Termal Fen Liseyində yoxlama apararkən Halil Serkan Öz adlı müəllimi sinfdən qovub. Buna səbəb isə onun müəllimin geyimini bəyənməməsi olub.Valinin şagirdlərinin yanında alçaldılmasına etiraz edən lisey şagirdləri və müəllim kollektivi ötən axşam "Hörmət yürüşü" adı altında aksiya keçiriblər. Etiraz aksiyası zamanı Halil Serkan Öz özünü pis hiss edib və onu təcili olaraq xəstəxanaya yerləşdiriblər. Ancaq infarkt keçirdiyi bəlli olan Öz təcili yardımla Bursaya göndərilib. Yalovadan Bursaya gedərkən müəllimin yolda iki dəfə ürəyi dayanıb və təcili tibbi yardım maşınındakı həkimlər onun ürəyini hər dəfə yenidən işə sala biliblər. Lakin həkimlərin səyinə baxmayaraq Halil Serkan Öz xəstəxanaya yerləşdirilmədən vəfat edib.Halil Serkan Öz Termal Fen Litseyində riyaziyyat fənnindən dərs deyib. TÜBİTAK tərəfindən mükafat alan müəllim şagirdlərinin sevimlisi olub. O, özünəməxsus dərs metodikası ilə həmkarlarından fərqlənib. Dərsdən kənar vaxtlarında da şagirdləri ilə məşğul olmağı sevən müəllimin tələbələri onun sayəsində riyaziyyatı digər fənnlərdən daha çox seviblər.