Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlama

Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlama
SİYASƏT
17:47 07.08.2026
892
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. 

Deputat Şah İsmayılın adını daşıyan ordenin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib. 

Bu açıqlamadan sonra sosial şəbəkələrdə, media orqanlarında və ictimaiyyət arasında müxtəlif reaksiyalar səslənib. Bir sıra tarixçilər, siyasətçilər və ictimai xadimlər Fazil Mustafanın mövqeyini tənqid edərək Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində mühüm rol oynadığını vurğulayıblar. 

Deputatın açıqlamalarına ən sərt reaksiyalardan birini siyasi şərhçi Taleh Şahsuvarlı verib. O, Fazil Mustafanın mövqeyini kəskin tənqid edərək bunu tarixi faktlarla ziddiyyət təşkil edən yanaşma kimi qiymətləndirib. 

Tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhrəmov AZXEBER.COM-a açıqlamasında deyib ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin ən böyük dövlət xadimlərindən biridir:

"Şah İsmayıl Xətai Azərbaycan tarixinin ən böyük dövlət xadimlərindən biridir. Onun fəaliyyəti ilə bağlı danışarkən emosiyalarla deyil, tarixi mənbələrlə danışmaq lazımdır. Biz həmin dövrü araşdırarkən ilk növbədə dövrün öz mənbələrinə müraciət edirik. 


Həsən bəy Rumlunun "Əhsənüt-təvarix” əsəri, İsgəndər bəy Münşinin "Tarix-i Aləmara-yi Abbasi” əsəri və digər etibarlı mənbələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bunları yazan şəxslər Səfəvilər dövrünə yaxın yaşamış, hadisələrin bir qisminin şahidi olmuş insanlardır. Tarixi qiymətləndirərkən məhz belə mənbələr əsas götürülməlidir. Bu gün Şah İsmayıl haqqında danışanların əksəriyyəti həmin mənbələri oxumayıb. Buna görə də əsassız fikirlər səsləndirilir. Bu gün Şah İsmayıl Xətai haqqında danışan şəxslər onun kim olduğunu bilmir. Şah İsmayıl Xətai təmiz türk oğludur. O, 7 yaşına qədər fars dilini bilməyib.  Onun hansı mənsəbə aid olması əsas məsələ deyil. 

Kəmsavadlar bilməlidirlər ki, Səfəvilər Şərqdə yerləşib, Osmanlı dövləti isə Qərbdə. Əsas məsələ Şərq və Qərb arasında ticarət yollarının kimə məxsus olacağı idi. Bu gün boş-boş danışanların Azərbaycan Milli tarixindən xəbəri belə yoxdur”.

O qeyd edib ki, Azərbaycan dövlətçilik ənənəsinin Nadir Şahla başladığını iddia edənlərin fikirləri tamamilə yalandır:

"Azərbaycan dövlətçilik ənənəsinin Nadir Şahla başladığını iddia edənlərin fikirləri tamamilə yalandır. Bu, tarixi faktlara uyğun deyil. Nadir Şahın hakimiyyəti cəmi 11 illik dövrü əhatə edir. Tarixə yalnız faktlar əsasında yanaşmaq lazımdır. Şah İsmayılla bağlı kifayət qədər etibarlı mənbələr mövcuddur. Şah İsmayıl Xətai Azərbaycan dövlətinin qurucusudur. 
Şah İsmayıl Xətai Şirvana gələn zaman deyir ki, "bizə Azərbaycan taxtı lazımdır, yoxsa qala”. Burada söhbət Azərbaycab taxtından gedirdi. 1501-ci ildə Təbrizin fəthindən sonra Şah İsmayıl Xətai demişdi ki, "ruhum bədənimə qayıtdı””. 

C.Bəhrəmov bildirib ki, Şah İsmayıl haqqında səsləndirilən əsassız iddiaların elmi əsası yoxdur:

"Şah İsmayılın müəllimi Hüseyn bəy Lələ Şamlı onu vətənpərvər kimi yetişdirib. Onun fars dilində hansısa əsəri belə yoxdur, hamısı azərbaycan türkcəsindədir. Ona görə də Şah İsmayıl haqqında səsləndirilən əsassız iddiaların elmi əsası yoxdur. Bu gün savadsızların söylədiklərinin tarixdən xəbəri Kiminsə şəxsi fikri tarixi fakt hesab edilə bilməz. Tarix sənədlər, mənbələr və elmi tədqiqatlar əsasında öyrənilməlidir”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
09:12 08.11.2026
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
09:03 08.11.2026
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
08:52 08.11.2026
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
08:43 08.11.2026
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
08:34 08.11.2026
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
08:25 08.11.2026
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
08:18 08.11.2026
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
08:12 08.11.2026
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
08:01 08.11.2026
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
07:54 08.11.2026
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
07:45 08.11.2026
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
07:00 08.11.2026
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
06:48 08.11.2026
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
06:36 08.11.2026
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti götürdü
06:23 08.11.2026
İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti götürdü
Tankerdən meyitlər tapıldı
06:13 08.11.2026
Tankerdən meyitlər tapıldı