Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini qınayıb.
AZXEBER.COM bu barədə "Daily Pakistan"a istinadən xəbər verir.
Şahbaz Şərif bildirib ki, Pakistan Ordusu Əfqanıstana güclü cavab verib və bir neçə əfqan postunu məhv edərək onları geri çəkilməyə məcbur edib.
Baş nazir vurğulayıb ki, hər bir təxribata güclü və təsirli şəkildə cavab veriləcək.
Şahbaz Şərif əlavə edib ki, terror təşkilatları Əfqanıstanda olan bəzi elementlər tərəfindən dəstəklənir. Rəsmi İslamabad Əfqanıstan hökumətindən öz torpağının Pakistan əleyhinə istifadə olunmasına imkan verməməsini gözləyir.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
\ "Report"