Şahbaz Şərif: “Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub”

Şahbaz Şərif: “Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub”
SİYASƏT
14:15 15.06.2023
189

"Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür”.

AZƏRTAC xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir bildirib: "Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqdı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”.
OXŞAR XƏBƏRLƏR