Şahbaz Xuduoğlu: "Bu sərgidə bürokratik əngəllər, ayrı-seçkilik görmədim"

MƏDƏNİYYƏT
22:33 16.11.2023
861
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilib. 

Kitab sərgisində iştirak edən "Qanun" nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu sərgi ilə bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.

O deyib: "Sərgimiz sona çatdı. Bu sərginin tam başqa havası vardı. Bürokratik əngəllər, ayrı-seçkilik görmədim. Yalançı pafos, "nazir gəlir, yığışdırın!" söhbəti yox idi.
Nəşriyyatların sayı xeyli artıb. Ümumilikdə, kitab çeşidi də əlbəttə çoxalıb. Türkiyə və Rusiya stendləri kiçilib, məncə də düz edilib. Universitetlər və təhsil üzrə ixtisaslaşmış nəşrlər də bu dəfə daha çoxdur. UNECin stendi xüsusi fərqlənirdi".

O ziyarətçilərə də hər cür şərait yaradıldığını deyib: 

"Ziyarətçilərin gəlişi uyğun yerlərdən avtobuslarla təşkil edilmişdi. Tədbirlər üçün gen-bol şərait yaradılmışdı. Könüllülər dəstəsi gələn qonaqları tədbir zonalarına yönləndirirdi.
Yazıçılara da stendlər verilmişdi, giriş salonunda tematik rəsmlərin sərgisi yaxşı təşkil edilmişdi. Bunu məncə daha genişləndirmək lazımdır.

O bildirib ki, sərgiyə ziyarətçi axını olub: 

"Bəzən ziyarətçilər o qədər çox olurdu ki, stendlər arasında keçdilər tıxanırdı. Məncə, növbəti dəfə üçün daha böyük salon seçmək lazımdır. 

Bizim yer kitabları tam nümayiş üçün kifayət etmirdi, geniş yer olarsa da çox kitab gətirilərdi".

Mədəniyyət nazirinin stendlərə tək-tək yaxınlaşıb kitablarla maraqlandığını deyən Şahbaz Xuduoğlu sözlərinə belə davam edib: 

"Adil Kərimli tək-tək stendlərə baş çəkdi, maraqlandı, yaxşı sözlər dedi. Hətta "Təkərli kitab dükanı"na da baş çəkdi. 

"Təkərli"nin qarşısında uşaq tamaşasına baxdı və uşaqlarının sevincinin şahidi oldu "Bizə məhz belə proqramlar lazımdır". 
Sonra Təkərli kitabla tanış oldu: 
"Bunu işinə və kitaba böyük sevgisi olanlar edə bilər,  biz bu işi mütləq böyütməliyik".




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir