Şahdağda “Aysberq” adlı 2 hissəli elektron musiqi tədbiri keçirildi - FOTOLAR

SOSİAL
14:51 06.02.2025
136
Ötən həftə Qusarda ortaya çıxan "Aysberq” ölkədə böyük səs-küyə səbəb olub.
 
AZXEBER.COM xəbər verir ki, həmin gün "Solong” musiqi platforması tərəfindən "Şahdağ” turizm mərkəzində "Iceberg” adlı 2 hissəli elektron musiqi konserti təşkil edilib. akart-ın dəstəyi ilə keçirilən tədbirdə dünyaca məşhur 2 əcnəbi və tanınmış 3 azərbaycanlı DJ iştirakçılara 11 saat musiqi həzzi yaşadıb. 

"Aysberq”in "İşıqlı tərəf” adlanan birinci hissəsi Şahdağın zirvəsində - 2351 metr yüksəklikdə keçirilib. Tədbirin bu hissəsində Niderlanddan olan musiqiçi "Budakid” və Azərbaycanlı "Narahat” ləqəbli sənətçi çıxış edib. Qonaqlar 5 saat ərzində dağ zirvəsidnə ekstremal şəraitdə elektron musiqinin "zirvəsinə qalxıblar”. "Buz dağı”nın "Qaranlıq tərəf” adlı ikinci hissəsi isə gecə başlayıb. Qapalı məkanda, Şahdağ tunelində baş tutan tədbirin növbəti bölməsi səhərədək 6 saat davam edib. Tədbirin bu bölümündə litvalı "Ten Walls” və yerli DJ-lər "Bunbeck” və "Estgamin” öz ifaları ilə elektron musiqi sevənləri coşdurublar. Tədbir iştirakçıları üçün akart ilə həm tədbir biletlərinə, həm də barda ödənişlərə 20% endirim hesablanıb.

"Solong” 2019-cu ildə qurulmuş müasir musiqi platformasıdır. Layihənin əsas məqsədi ölkədə elektron musiqinin inkişafına, alternativ konsert mədəniyyətinin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, "Solong” öz tədbirləri ilə Azərbaycan mədəni irsinin, tarixi abidələrinin, turistik məkanlarının ölkədə və dünyada tanıdılmasında böyük rol oynayır. "Solong” multimedia layihələri ilə ölkə tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyəti olan və ikonik məkanları müxtəlif elektron musiqi janrları ilə birləşdirərək gənc auditoriyaya təqdim edir.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR