Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"

Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"
SİYASƏT
11:43 09.09.2025
188
"Dövlət başçısının Vaşinqton səfəri Azərbaycanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması kimi xarakterizə edilə bilər. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir".

AZXEBER.COM Oxu.Aza istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

O bildirib ki, Vaşinqtondakı razılaşmalar Azərbaycanın iki şərtinin qəbul edilməsini təsdiqlədi:

"ATƏT-in Minsk qrupu ləğv edildi. Bu addım sülh prosesinə töhfə verəcək. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir.

Bundan əlavə, Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır. Bu dəhlizin "Tramp marşrutu" adlandırılması da təsadüfi deyil. Cənubi Qafqazda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici məqam oldu".
OXŞAR XƏBƏRLƏR