Sahibə Qafarova Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib

Sahibə Qafarova Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib
SOSİAL
23:12 06.05.2023
160

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, 2 000-dən çox qonaq iştirak edib.

OXŞAR XƏBƏRLƏR