Sahibə Qafarova: “Nensi Pelosinin açıqlaması təəssüf hissi doğurur”

Sahibə Qafarova: “Nensi Pelosinin açıqlaması təəssüf hissi doğurur”
SİYASƏT
23:55 18.09.2022
323
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu, Milli Məclisin sədri Sahibə Qafarovanın ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamasına dair bəyanatında yer alıb.

"2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddəki genişmiqyaslı hərbi təxribat məhz Ermənistan tərəfindən törədilmişdir.

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılması istiqamətində hərəkətə keçərək, müvafiq cavab tədbirləri görmüşdür. Hazırda tərəflər arasında atəşkəs əldə olunmuş və vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmışdır”, - Sahibə Qafarova qeyd edib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur.

Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür:

"ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur.

Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür.

Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır.

ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyllərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.

Təəssüf doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövr ərzində Nensi Pelosi kimi siyasətçilərin beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarının heç vaxt şahidi olmadıq.

Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı ərazilərimizdə vandalizm aktlarının törədilməsinə, şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük verdilər və heç bir mövqe bildirmədilər.

Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi bu açıqlama sadəcə olaraq ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
23:26 10.04.2025
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
23:11 10.04.2025
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
Meyxanaçı Balaəli qəza törətdi
23:06 10.04.2025
Meyxanaçı Balaəli qəza törətdi
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
22:52 10.04.2025
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
21:12 10.04.2025
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
KİV: Donald Tramp Türkiyəyə gedəcək
21:03 10.04.2025
KİV: Donald Tramp Türkiyəyə gedəcək
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
20:53 10.04.2025
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb