ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir.
AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
O bildirib ki, ABŞ ilə Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir:
"Ölkəmizə qarşı məkirli planların qarşısı böyük məharətlə dəf edildi. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir".
///"Report"