Sahibkar Milli Məclisin sədrinə deputatlardan şikayət etdi – ““Unibank”ı müdafiə etməyin!!!”

SOSİAL
15:08 16.06.2017
8854

Yadınızdadırsa, ötən həftələrin birində İsmayıllı rayonundan olan və elə öz rayonunda da kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərovun problemlərini işıqlandırmışdıq. İşin nəticəsini izləmək məqsədilə Namət Əsgərovla əlaqə saxladıq. Sahibkardan vəziyyətin nə yerdə olduğunu soruşduqda isə N.Əsgərov heç nəyin dəyişmədiyini, "Unibank”ın zərrə qədər də olsun insafa gəlmədiyini bildirdi. Düzü, Unibankın bu mövqeyini, sahibkarlara qarşı bu münasibətinin səbəbini anlaya bilmədik. Sahibkarın danışdıqlarından, araşdırmalarımızdan sonra belə nəticəyə gəlirik ki, Unibank müştərilərə - xüsusən kiçik sahibkarlara məlum iki devalvasiyadan sonra heç bir şans tanımaq niyyətində deyil. Ən azından bunu N.Əsgərovun timsalında eşitdik, gördük.

AZXEBER.COM xəbər verir ki, bu dəfə Namət Əsgərov Milli Məclisin deputatlarından-millət vəkillərindən Milli Məclisin sədrinə şikayət ərizəsi ünvanlayıb. Şikayətin tam mətnilə məqalənin sonunda tanış ola bilərsiz. Qısa məqamları isə diqqətinizə çatdırmaq istərdik.

N.Əsgərov bildirir: "Bu problem təkcə mənim problemim deyil-yəni şəxsi məsələ deyil. Bu problem yüzlərlə, minlərlə azərbaycanlının, Azərbaycan vətəndaşının problemidir. Və ən əsası həlli mümkün problemdir. Lakin nəyə görə aidiyyəti qərarverici şəxslər hələ də susur, bunu anlaya bilmirəm. Mən bunu hər kəsə şamil etmirəm, edə də bilmərəm. Bir sıra deputatlarımız var ki, onlar həqiqətən də millətin vəkilləri olduqlarını sübut edir və bu missiya ilə çıxış edirlər. Allah onları qorusun. Amma nədənsə əksər millət vəkilləri hələ də susur və millətini banklarla mübarizədə tək qoyur. Unudurlar ki, bu millət lazımi vaxtda onları tək qoymayıb, bu millət onları millətin vəkili seçib. Seçib ki, dar günündə millətinin yanında olsunlar!!!...

Sahibkar bu və bu kimi digər arqumentləri əsas tutaraq Milli Məclisin sədri cənab Oqtay Əsədova şikayət məktubu ünvanlayıb: "Nəyə görə əksər millət vəkilləri bankların özbaşınalığına susaraq şübhə obyektinə çevrilirlər?! Nəyə görə millət vəkillərimiz millətin yox, bankların mövqeyini üstün tuturlar?! Deputatlarımız bilsinlər ki, nə qədər onlar susacaq və bankların hegomonluğuna qarşı həmrəy olmayacaqlarsa, banklar həmin deputatları özlərinə vəkil edən sadə vətəndaşları sümürəcək, məhv edəcək və son dövrlərdə gördüyünüz kimi, intihar həddinə çatdırmaqla yox edəcəklər.”

"Mən də "Unibank”ın "sadə vətəndaşları, kiçik sahibkarları müflisləşdirmə siyasəti”nin çoxsaylı qurbanlarından biriyəm.”-deyən vətəndaş deputatları bu məsələdə birlik olmağa, xalqın, millətin yanında olmağa səsləyib.

Sonda N.Əsgərov "Unibank” rəsmilərinə də öz fikirlərini çatdırıb: "Mən sizdən mərhəmət yox, ədalətli və vicdanlı addım gözləyirəm – Real, ağlabatan qrafik təqdim edin, borcunuzu kişi kimi son qəpiyinə qədər ödəyim!”





 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb