Sahibkarın idxal etdiyi məhsullara əlavə gömrük rüsumu tələb edilib? - VİDEO

Sahibkarın idxal etdiyi məhsullara əlavə gömrük rüsumu tələb edilib? - VİDEO
İQTİSADİYYAT
15:29 12.02.2021
1283
Ölkəyə Çindən məhsul idxal edən sahibkar gömrük yoxlanışı zamanı məhsulun qiymətlərinin invoys sənədi nəzərə alınmadan süni şəkildə rəsmiləşdirildiyini iddia edir. Sahibkar Məftun Xəlilov bu məsələdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsini ittiham edir.

Onun sözlərinə görə, bir neçə ildir gözəllik salonlarında istifadə olunan kosmetoloji aparatları Çində bir şirkətdən alaraq Azərbaycana idxal edir.

Bu vaxta qədər isə idxal zamanı gömrük yoxlanışında heç bir problemlə qarşılaşmayıb, ancaq axırıncı dəfə ötən il noyabrın 5-də həmin məhsulları Azərbaycana gətirdiyi vaxt gömrük yoxlanışı zamanı problemlə qarşılaşıb.

Məftun Xəlilov iddia edir ki, əlində rəsmi və eksklüziv distribütorluq müqaviləsi, rəsmi ödəmə qəbzləri, bank çıxarışları, eləcə də xarici və daxili bazar qiymətlərini əks etdirən sənədləri olmasına baxmayaraq, gətirilən 9 min 900 dollar dəyərində məhsul başda olmaqla hər yük Hava Nəqliyyatında Baş Gömrük idarəsində saxlanılır.

Gömrük haqqında qanunun 17-ci maddəsində deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyəri, aşağıdakı üsullarla təyin olunur, hansı ki, bunlardan birincisi sövdələşmə qiymətidir. Ehtiyat üsul bunların ən sonuncusudur.

Həmin 17-ci maddədə belə bir bənd də var ki, malın dəyərinin hesablanması üçün əsas üsul sövdələşmə qiymətidir. Bu üsulla təyin olunmazsa, digər üsullara keçə bilərsiniz.

Şikayətçi bildirir ki, ona qarşı məhsulun gömrük dəyərinin süni şəkildə artırılması ilə bağlı iddia irəli sürülüb: Misal üçün "Əvvəl 10 ədəd yük üçün gömrük dəyəri 22 min manat çıxırdısa, yəni 22 min manatın nəliyyat daxil rüsumunu ödəməliydimsə, hazırda sözügedən prosesdə məbləğ 33 min 600 manata qaldırılıb ki, 33 min 600 manatdan nəqliyyat daxil gömrük rüsumu ödəməlisiniz. Bəli, eyni istehsalçıdan gəlmiş məhsuldur”.

Məftun Xəlilov deyir ki, 10 ədəd məhsulun gömrük dəyəri əvvəlcə 50 min manata qədər müəyyənləşdirilmişdi:

"Ancaq bununla bağlı Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinə müraciət etdikdən sonra gömrük dəyəri 33 min 600 manata qədər endirilib. Yəni bir ədəd məhsulun Çində alış dəyəri 998 dollar olmasına baxmayaraq, həmin məhsulun dəyərini gömrük əməkdaşları 3 min dollara qaldırıblar. Mən bilmirəm, 3 min dolları nəyə əsasən çıxarıblar? Ekspertizanın rəyindən sonra 1700 dollara saldılar. Guya, mən malı 998 dollardan yox, 1700 dollardan almışam, amma belə bir şey yoxdur. Bu halda belə, malın maya dəyəri 5 min 500-ə gəlib çıxır və mən 5 minə mal satıram.
Məsələ orasındadır ki,problem bir tək sözügedən yüklə bağlı deyil,ümumiyyətlə son dövrlərdə ölkəyə idxal etdiyimiz bütün məhsullarda eyni problemdir.Bu da öz növbəsində bazarda rəqabətlilik qabiliyyətimizin düşməsinə,süni qiymət artımına gətirib çıxarır”.

Məsələ ilə bağlı Hava Nəliyyatında Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi və Risklərinin İdarə olunması şöbəsinin rəisi Əfqan Əsgərov bildirdi ki, Məftun Xəlilov tərəfindən ölkəyə idxal edilən 10 ədəd məhsul Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhsulun qiymətini orta bazar qiymətinə uyğunlaşdıraraq, 1 ədədinin qiymətinin 5 min manat olması ilə bağlı rəy verib”.

Əfqan Əkbərov qeyd etdi ki, şikayətçinin bütün sənədləri təqdim etməsindən asılı olamayaraq, bu məsələdə ekspertzanın rəyi əsas götürülüb: "O ki qaldı invoys və idxala dair digər sənədlərin gömrük rəsmiləşdirilməsi zamanı əsas alınmamasına, biz o sənədlərə o halda ehtiyac duyuruq ki, biz baxırıq eyni və ya eynicinsli mallar biri-birindən 8-10 % fərqlə Azərbaycana idxal olunur.

Təbii ki, gömrük orqanı olaraq bizim funksiyalaırmızdan biri də xarici iqtisadi fəaliyyət iştirakçılarının bərabərhüquqlu rəqabət mühitini qorumaqdır. Yəni əgər bu, bərbabərhüquqlu rəqabət mühitinə təsir edə biləcək hər hansı bir mənfi amil, faktor olsa, bunun qarşısını alırıq”.

Şöbə rəisi eyni məhsulun müxtəlif vaxtlarda eyni qiymətlərlə rəsmiləşdirilməsi məsələsinə də aydınlıq gətirdi: "Həmin vaxtlarda idxal edilən məhsullar bazar qiymətinə uyğun olduğundan eyniləşdirmə zamanı əlavə problemlər ortaya çıxmayıb və buna görə də məshulun öz idxal qiymətinə görə rəsmiləşdirmə aparılıb”. /// baku.ws
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR