Sahibkarlar Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdilər

Sahibkarlar Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdilər
SİYASƏT
14:54 27.10.2015
1519

"Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" konfransında iştirak edən sahibkarlar Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.

Müraciətdə qeyd olunur:

"Möhtərəm cənab prezident, Sizin düşünülmüş və məqsədyönlü siyasətiniz sayəsində regionun lider dövlətinə, siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hərtərəfli inkişafını davam etdirir. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər dünya istisadiyyatındakı mürəkkəb proseslərin, geosiyası risklərin Azərbaycan istisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmiz bu neqativ meyllərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir. Sizin rəhbərliyinizlə aparılan geniş miqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir".

Müraciətdə daha sonra bildirilir ki, qeyri-neft sektorunun inkişafında prezidentin müəyyənləşdirdiyikimi, aparıcı qüvvə məhz sahibkarlardır: "Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür. Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq".

Müraciətdə qeyd edilir ki, son günlərdə prezident İlham Əliyevin imzaladığı sənədlər, qəbul etdiyi qərarlar sadalananları bir daha təsdiq edir: "Sahibkarlıq fəaliyyətinə əsaslı müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması, gömrük və lisenziyalaşdırma sahəsində inzibatı prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan Qanunu və imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk.

Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarınız nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.

Möhtərəm cənab prezident!

Biz, "Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" konfransının iştirakçıları Sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşdirilməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
19:59 19.07.2025
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır