Sahibkarlar: “Korsikaya dair qərarları ada sakinləri özləri verməlidirlər”

Sahibkarlar: “Korsikaya dair qərarları ada sakinləri özləri verməlidirlər”
SİYASƏT
17:47 17.03.2023
345
"Fransa hökuməti başa düşməlidir ki, dili sıxışdırıb qırağa qoymaq olmaz”.

Bu fikirləri "Report”un yerli bürosuna Korsikanın Mərkəzi bazarının kommersantı Somer Perp bildirib:

"23 ildir ki, Korsikanın cənub bölgəsində istehsal olunan yerli məhsulların satışı ilə məşğul oluram. Korsika dili uğrunda artıq neçə illərdir ki, mübarizə aparılır. Yavaş-yavaş bu mübarizə öz bəhrəsini verməkdədir. Bir gün gələcək ki, öz məqsədimizə çatacağıq”.

O hesab edir ki, Korsikanın muxtariyyət əldə etməsi vacib məsələdir:

"Çünki bu, öz növbəsində bir sıra problemləri həll etmiş olacaq. Lakin təəssüf ki, muxtariyyət əldə etdikdən sonra belə dilimizin tam istifadə edilə bilinməsi üçün hələ çox illər lazım olacaq. Yenidən məktəblərdə Korsika dilini tədris etmək, yeni nəslə dilimizi öyrətmək çox vaxt aparacaq. Gərək dövlət başa düşsün ki, dili sıxışdırıb qırağa qoymaq olmaz. Regionlarda müxtəlif yerli dillər var ki, bu dillər xalqların milli sərvətidir”.

Ayaççonun mərkəzində yerləşən suvenirlər mağazasının sahibi İvan Pato isə "Report”un yerli bürosuna bildirib ki, ada siyasətçiləri çox düzgün siyasət aparırlar, Korsikaya muxtariyyət verilməlidir:

"Mən gənc yaşlarımdan milli kimliyimizin qorunub yaşadılması üçün mübarizəyə qoşulmuşam. Bu gün korsikalı siyasətçilər çox düzgün siyasət aparırlar. Onlar Korsikaya muxtariyyət verilməsi tələbini irəli sürüblər. Mən onların bu tələbini alqışlayıram və bu istiqamətdə aparılan istər kollektiv tədbirləri, istərsə də şəxsi təşəbbüsləri dəstəkləyirəm. Dilimizin yaşaması, yerli mühitin qorunması, tarazlı iqtisadi inkişafımıza xidmət edən tədbirlərin hamısını dəstəkləyirəm”.

İ.Pato hesab edir ki, istər vergi, istər iqtisadi, istərsə də kənd təsərrüfatı və digər sahələrdə yerli səviyyədə qərarlar qəbul edilməlidir:

"Bu məqsədlə də yerli hakimiyyət gücləndirilməlidir. Ümumiyyətlə, Korsika icması üçün yerli qanunverici orqanın səlahiyyəti artırılmalıdır”.

Qeyd edək ki, Fransanın Korsika adasında Korsika dilinin istifadəsi qadağan olunub. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn bu məsələ ilə bağlı bəyanatla çıxış edib:

"Korsikada yalnız fransız dilinin istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingilis dili dövlət universitetlərində istifadə olunduğu halda, Korsika dili qadağan edilib", - BMT-nin rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belqradda etirazçıların sayı 100 mini ötüb
04:13 16.03.2025
Belqradda etirazçıların sayı 100 mini ötüb
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib