Sahil qəsəbəsində ağır qəza: Ölən və yaralılar var

Sahil qəsəbəsində ağır qəza: Ölən və yaralılar var
SOSİAL
15:35 25.03.2019
7685

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, martın 25-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi "Saz” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR