Sahilə çıxan yüzlərlə balina evtanaziya olunacaq - FOTOLAR

DÜNYA
11:16 20.02.2025
173
Avstraliyada Tasmaniyanın şimal-qərbində sahilə çıxan 157 balinadan təxminən 90-ı xilasetmə mümkün olmadığı üçün səlahiyyətlilər tərəfindən evtanaziya ediləcək.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bölgənin sərt şərtləri və dalğaların kobudluğu səbəbindən balinaları dənizə qaytarmağın mümkün olmadığını, buna görə də onları evtanizasiya etmək kimi çətin qərar verməli olduqlarını bildiriblər.

Səlahiyyətlilər 24-48 saat sahildə qalan heyvanların artıq həddindən artıq stres altında olduqlarını bildiriblər.

Səlahiyyətlilər insanları ərazidən uzaq durmağa çağırıb.
 
Aysel

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR