Şahin Seyidzadə: “Erməni ailələrin Livandan Dağlıq Qarabağa köçürülməsi ona göstərir ki...”

SOSİAL
11:58 13.09.2020
4661
Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. 

Sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb.

AZXEBER.COM məsələylə bağlı Mill Məclisin deputatı Şahin Seyidzadədən münasibət öyrənib. 

Deputat deyib ki, bu addım beynəlxalq hüquq normasının pozulmasıdır: 

"Livanda baş verən faciəli partlayışdan sonra Ermənistan tərəfi Livanda yaşayan erməni əsilli ailəni işğal altında olan Dağlıq Qarabağın Şuşa bölgəsində yerləşdirmiş və bunu açıq şəkildə ictimaiyyətə bəyan etmişdir. 

Bütün dünyaya nümayiş etdirilən bu məsələ barədə bir neçə məqamı xüsusi olaraq diqqətə çatdırmaq istərdim.

Livandan olan erməni əsilli ailələrin oraya yerləşdirilməsi birmənalı olaraq bütün beynəlxalq normaların pozulmasıdır.

Erməni əsilli vətəndaşların oradan köçürülməsi zamanı sual ortaya çıxır ki, bu ailə hansı ölkə pasportu yaxud hüquqi əsaslarla işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdiriləcək? Atılan bu addımlar və yerləşdirmə bir daha göstərdi ki, qeyri-qanunu işğal olunmuş ərazidə heç bir hüquqi əsası olmadan erməni ailə yerləşdirməyə daha çox üstünlük verilir.

Deputat deyib ki, Ermənistan bu addımı ilə sülh tərəfdarı olmadığını bir daha nümayiş etdirdi: 

"Bu addımla Ermənistan nümayiş etdirir ki, onlar Dağlıq Qarabağ və ətraf bölgələrlə bağlı kompromis addımlar atmağa hazır deyil.

Qeyri-qanuni atılan bu addım dünyaya bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Ermənistanın kompromisə getmək fikri yoxdur.

Bunun nümayiş etdirilməsi Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmamasının beynəlxalq arenda Azərbaycan tərəfindən çatdırılmasında istifadə üçün növbəti bir sübutdur.

Atılan bu addımın ictimaiyyətə nümayiş etdirilməsi, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən uzaq olmasını göstərir. İşğal olunmuş Dağlıq Qarabağ ərazisinə ailənin köçürülməsi faktoru xoşagəlməz olsa da, bunun Ermənistan tərəfindən artıq nümayiş etdirilməsi Azərbaycan üçün beynəlxalq hüquq və normaların pozulmasının sübutu kimi istifadəsi edilməsi məqsədi ilə yaxşı alətdir.

Sözsüz ki, ailənin yerləşdirilməsi və müvafiq olaraq 150 ailənin köçürülməsinə hazır olmaları onu göstərir ki, Ermənistan problemlə üzləşib.

Ermənistanın öz ərazisində yaşayan ailələri köçürərək qondarma Dağlıq Qarabağ Respublikası ərazisində yerləşdirilməsi ilə bağlı planları uğursuzluqla nəticələnib. Bunu nəticəsidir ki, bu yola əl atılaraq dünyanın digər ölkələrində olan ermənilər işğal olunmuş torpaqlarda yerləşdirilir. 

Bu onu göstərir ki, Ermənistanın yerli sakinləri işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaşamağa üstünlük vermir.

Ermənistan üçün hər hansı dövlətdə yaşamaq yox, ermənilərin orada məskunlaşdırılması vacibdir.

Hara olmasından asılı olmayaraq hər hansı bir coğrafi məkanda ermənilər yerləşdirilən zaman, onlara o əraziyə bir-başa olaraq öz doğma vətənləri kimi yanaşırlar.

Erməni vətəndaşları üçün fərq etmir harada yaşayır, onlar üçün əsas məqsəd özlərinə məxsus olmayan torpaqlarda məskunlaşmaqdır.
 
Bütün bu sadalanan faktorlar bir daha göstərir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllində olan öz yanlış mövqeyindən çəkinmir. Livandan köçürülmüş ailə də Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedə istifadə olunan növbəti "aləti”dir.

OXŞAR XƏBƏRLƏR