"Pandemiya dövründə ölkə başçısı tərəfindən atılan addımlar göstərdi ki, Azərbaycanın yeritdiyi siyasət yerli və beynəlxalq miqyasda koronavirusla mübarizə istiqamətində özünü doğruldur. Pandemiyanın elan edilməsi və qısa müddətdə yeni növ virus COVID-19 virusunun dünyanın hər yerinə yayılması ölkələrarası sərhədləri bağlasa da münasibətləri gücləndirdi"
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.
O Azərbaycanın pandemiya dövründə beynəlxalq nüfuzunu bir daha nümayiş etdirib:
"Azərbaycan Ümümdünya Səhiyyə Təşkilatına 2 dəfə ianə etməklə yanaşı, 29 ölkəyə
humanitar yardım göstərərək bu istiqamətdə ən çox dəstək göstərən ölkələrdən
biri oldu. Cənab Prezidentin modul tipli xəstəxananın açılışında olan çıxışında
qeyd etdiyi kimi: "Hələ bəlkə 10 il, 20
il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar
yardım göstərə bilər”. Bu həqiqətən belədir, gənc ölkəmiz bütün dünyanı
sarsıdan virusla mübarizə dönəmində çox önəmli addımlar ataraq beynəlxalq
nüfuzumuzun yüksək olduğunu göstərdi".
Ölkəmizə və ölkə başçımıza rəğbət hər
gün artır. Biz bunu çox əminliklə deyə bilirik, çünki artıq bu məsələ bir neçə
dəfə qlobal platformalarda digər ölkələrin və beynəlxalq qurumların rəhbərləri
tərəfindən səsləndirilib. Bütün bunların timsalında hər kəs Prezidentin tövsiyə
və göstərişlərinə bir vətəndaş kimi məsuliyyətli yanaşmalıdır.
Xüsusi karantin rejimi elan
edildikdən qısa müddət sonra çevik alınan qərarlar əsasında bütün sahələrdə
resursların koronavirusla mübarizəyə cəlbi kimi sənaye sahəsi də məsələyə
qoşuldu. Tibbi maska zavodu, gigiyenik təmizlik vasitələri zavodu təlabatın ödənilməsi
üçün qısa müddətdə fəaliyyətə keçdi. Sosial məsafə digər təhlükəsizlik
qaydaları ilə bağlı bütün istiqamətlərdə geniş təbliğat aparıldı. Əhalinin və
sahibkarları, əmək fəaliyyəti olmayan şəxslərin sosial təminatı qısa müddətdə təşkil
edildi. Bunların hamısı cənab Prezidentin göstərişi ilə sistemli formada tətbiq
edilən siyasətdir. Bunun olmasında isə əsas amil odur ki, cənab Prezident İlham
Əliyev və hökümətimiz üçün əsas prioritet vətəndaş sağlamlığının qorunmasıdır. Bunun qarşılığı olaraq Prezidentin tövsiyəsinə hər kəs
ciddi əməl etməlidir.
Prezidentin modul tipli xəstəxanaların
açılışında olan nitqində söylədiyi kimi: "Biz
müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə
edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün
qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə
tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş
mərkəzlərində”. Ölkə başçısının belə bu təlimata əməl etməsi, tibbi
maskadan zəruri hallarda istifadəsini açıq formada bildirməsi musiliyyətdən və
müxtəlif əsassız səbələrlə maska taxmaqdan yayınan vətəndaşlara nümunə
olmalıdır.
Deputat deyib ki, pandemiya ilə mübarizə davam edir: "Yumşalma
tədbirləri keçirilsə də, virus yoxa çıxmayıb. Bildirmək istərdim ki, qısa müddətdə dünyanı əhatə edən bu virus tamamilə yoxa
çıxmayıb. Bu virus var və hazırda həyatımızın bir hissəsidir. Biz bunu
anlamalı və ciddi qəbul etməliyik.
Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına əməl etməli, ölkə başçısı və birinci xanımın da nümunəvi addımlarını örnək götürərək qaydalara məsuliyyətli yanaşmalıyıq. Çünki məsələ çox sadədir, bu gün özünü qorumayan vətəndaş bir mənalı olaraq ailə üzvləri, doğmaları və ətrafında olan digər şəxsləri də təhlükəyə atır".