Şahin Seyidzadə növbəti onlayn qəbul keçirib - FOTOLAR

SOSİAL
22:25 11.07.2020
598
Millət vəkili Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib.

AZXEBER.COM xəbər verir ki, deputat görüş haqda fikirlərini sosial şəbəkədə yazıb. 

"Bu gün Azərbaycan Respublikası MilliMəclisində təmsil etdiyim Abşeron və Qobustan rayonları üzrə müraciətlər əsasında keçirilən videoqəbulda 15 vətəndaş iştirak etdi! Abşeron rayonu (Ceyranbatan, Hökməli, Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan rayonundan (Çuxanlı, Nabur, Şıxzahırlı, Təsi və Xilmilli kəndləri) infrastruktur, kommunal xidmətlər, sosial müavinət, idman, hüquq, əmlak və ictimai birlik məsələləri üzrə daxil olan müraciətlər əsasında sakinlərimizin qəbulu həyata keçirildi.

İlkin olaraq müraciətlər əsasında ətraflı fikir formalaşdırılması üçün suallar verildikdən sonra növbəti addımların təyin edilməsi ilə bağlı danışıqlar aparıldı. Qeyd edim ki, xüsusi karantin rejiminin şərtlərini nəzərə alaraq videoqəbullar onlayn formada keçirilməyə davam edəcəkdir”.
 

 



 

OXŞAR XƏBƏRLƏR

X Mostbet