Şahin Zəkizadə bu gün dəfn olunacaq

Şahin Zəkizadə bu gün dəfn olunacaq
SOSİAL
11:40 17.02.2017
899

Xəbər verdiyimiz kimi, uzun müddətdir qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ötən gün dünyasını dəyişib. 

Mərhumun cənazəsi bu gün saat 12-də Yeni Yasamalda yerləşən evindən götürüləcək. Ş.Zəkizadə Maştağada "Seyidlər” qəbiristanlığında dəfn olunacaq.

Rejissorun üç mərasimi həftənin bazar günü "Furqan” mərasim zalında baş tutacaq.

Qeyd edək ki, Ş.Zəkizadə 6 aydır xərçəngdən əziyyət çəkir. Rejissor xəstəxanada müalicə alırdı. Müalicəsinin üçüncü mərhələsində halı pisləşən Zəkizadə komaya düşüb. Rejissorun ilk evliliyindən bir qız, hazırki evliliyindən isə bir oğul övladı var. 


///Axşam.az
OXŞAR XƏBƏRLƏR