Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb.
Rejissorun müalicə olunduğu Tədris Terapevtik Klinikası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Adil Nuriyev açıqlamasında bildirib ki, rejissorun vəziyyəti ağır olaraq qalır, o, hazırda reanimasiya şöbəsindədir.
Baş həkim bildirib ki, rejissorun ölümü ilə bağlı yayılan xəbərlər doğru deyil.
///Lent.az