"46 899 nəfər COVID pasportu olmadan toy mərasiminə gediblər”.
AZXEBER.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu, dəhşətli rəqəmdir:
"Hansısa aktiv xəstə toya gedir. Öz qohumunu, yaxınını, doğmalarını yoluxdurur və bir həftədən sonra onlar arasında vəfat edənlər olur. Bu, qatillikdən başqa bir şey deyil. Bu qədər məsuliyyətsizlik olarmı?!”
O qeyd edib ki, Daxili İşlər Nazirliyi tərəfindən daha ciddi addımlar atılacaq:
"Bu gün 4000-dən çox yoluxanın olmasına baxmayaraq, hazırda xəstəxanalarda ciddi təzyiqimiz yoxdur. Buna səbəb peyvəndlənmədir. Hazırda əhalinin 24 faizi peyvəndlənib. Əhalinin ən azı 60 faizi vaksinasiya edilsə, demək olar ki, Azərbaycanda pandemiya bitəcək”.