Şahmar Mövsümov: 'Azərbaycanın neft gəlirlərinin idarəedilməsində böyük təcrübəsi var'

İQTİSADİYYAT
16:14 08.04.2013
1781

Azərbaycan neft gəlirlərinin idarəedilməsi sahəsində böyük təcrübələr əldə edib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Bakıda keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbəriŞahmar Mövsümovbildirib.Onun sözlərinə görə, ARDNF ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə makroiqtisadi sabitliyin qorunub saxlanması, neft gəlirlərinin toplanması və onların idarəedilməsi, gələcək nəsillər üçün maliyyə ehtiyatlarının yaradılması məqsədilə təsis edilib.“Biz Fondun vəsaitlərindən istifadə edərək, bir sıra problemlərin həllinə nail ola bilmişik və eyni zamanda da ölkə üçün yeni imkanlar yaratmışıq. Hal-hazırda Fondun vəsaitləri ÜDM-nin 50%-ni təşkil edir” – deyə, Ş.Mövsümov bildirib.O qeyd edib ki, bu gün ARDNF-in vəsaitləri infrastruktur layihələrə yönləndirilməkdədir.“Hökumətin və Azərbaycan Prezidentinin siyasəyi belədir. Qısa zaman ərzində biz yol infrastrukturunu yaxşılaşdıra bilmişik, əgər daha əvvəl Azərbaycan elektrik enerjisi idxal edirdisə, bu gün isə ölkə onun ixracatçısına çevrilib. Bundan əlavə, biz yeni məktəblər inşa etmişik, su-kanalizasiya sisteminin təkmilləşdirilməsi işlərini aparırıq, bu il isə Fondun vəsaitlərinin bir hissəsi Fiber to home genişzolaqlı internet layihəsinin həyata keçirilməsinə yönəldiləcək. Bu iri layihə özəl sektorun inkişafı üçün yeni imkanlar yaradacaq”- deyə, Fondun rəhbəri bildirib.ARDNF rəhbəri Forumun iştirakçılarının diqqətinə onu da çatdırıb ki, Fondun vəsaitləri Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbulisi-Qars kimi mühüm, regional və strateji baxımdan iri layihələrə də istiqamətləndirilib.O qeyd edib ki, “Azərbaycanda “qara qızıl”ı insan kapitalına çevirək” adlı uzunmüddətli strategiya mövcuddur və bu gün məsələn, neft-qaz layihələrindən əldə edilən vəsaitlər Azərbaycan tələbələrinin mövcud Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almasına sərf edilir.“Biz əminik ki, bu strategiya uğurla həyata keçiriləcək”- deyə, Ş.Mövsümov bildirib.

OXŞAR XƏBƏRLƏR