Şahmatçılarımızdan növbəti qələbə

İDMAN
07:29 04.09.2012
1343
Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı dünya şahmat olimpiadasının altıncı turunda Azərbaycanın kişilərdən ibarət komandası Xorvatiya, qadınlardan ibarət kollektivi isə Ukrayna ilə qarşılaşıblar.
Bu turda kişilərdən ibarət komandamız Kanada şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib. Teymur Rəcəbov İvan Saricdən, Şəhriyar Məmmədyarov Ante Brkiçdən üstün olublar. Eltac Səfərli Mladen Palac ilə, Rauf Məmmədov Kozul Zdenko ilə heş-heçə oynayıblar. Komandamız yeddinci turda Rusiya kollektivi ilə qarşılaşacaq.
Qadınlardan ibarət komandamız isə Ukrayna kollektivinə 3,5-0,5 hesabı ilə məğlub olub. Yalnız Gülnar Məmmədova Mariya Muziçiklə heç-heçə oynayıb. Qadın şahmatçılarımız növbəti turda Sloveniya komandası ilə yarışacaqlar.

OXŞAR XƏBƏRLƏR