Şahmatçımız Fransa çempionu oldu

İDMAN
13:21 10.06.2024
172
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Şahmat Federasiyasının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

Qeyd edək ki, 29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.

OXŞAR XƏBƏRLƏR