Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

MƏDƏNİYYƏT
00:02 20.07.2023
992
Azərbaycanın tanınmış xanəndəsi Şahnaz Haşımova xəstənaxanaya yerləşdirilib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib.
 
O, paylaşımında bu fikirləri yazıb:
 
"Hər vaxtınız xeyir əziz dostlarım son günlər səhhətimdə yaranan problemlə əlaqədər olaraq mənə göstərdikləri xüsusi diqqətə görə Gəncə şəhər icra hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramova, Milli Məclisin deputatı hörmətli Müşfiq Cəfərova, Gəncə şəhər icra hakimiyyəti başçısının 1 ci müavini Səməd Tomuyevə, Gəncə regional Mədəniyyət idarəsinin rəisi Pərvin Kazımova, Gəncə şəhər Birləşmiş xəstəxanasının direktoru İlkin İsmayılova, Gəncə şəhər təcili tibbi yardım stansiyasının baş həkimi Samir Məhərrəmova, Gəncə Abbas Səhhət adına xəstəxananın baş həkimi Anar Məmmədova, Xəstəxananın təcili tibbi yardım şöbəsinin müdiri Əfsanə xanım Cəfərovaya və mənə qayğı göstərən bütün tibb personalına öz minnətdarlığımı bildirirəm".

OXŞAR XƏBƏRLƏR