Sahra Şaş Alper Çankaya ilə eşq yaşaması iddialarına cavab verib

Sahra Şaş Alper Çankaya ilə eşq yaşaması iddialarına cavab verib
MAQAZİN
11:51 09.04.2025
277
"Uzak şehir" serialında Nare roluna həyat verən aktrisa Sahra Şaş və layihədəki tərəf müqabili Alper Çankaya eşq dediqoduları ilə gündəmə gəlib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa iddialara ilk dəfə cavab verib.

Sahra Şaş Alper Çankaya ilə sadəcə serialda tərəf müqabili olduğunu və aralarında sevgi münasibətinin olmadığını bildirib.
 
Xatırladaq ki, "Uzak şehir" serialı reytinqləri alt-üst etməkdə davam edir. Serialın baş rollarında Azərbaycan əsilli aktyorlar Ozan Akbaba və Sinem Ünsal çəkilir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR