Şahruddin Məhəmmədəliyev: "Yaxşı futbol üçün əlimizdən gələni edəcəyik"

İDMAN
18:47 05.10.2022
252
"Güclü rəqiblə üz-üzə gələcəyik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik".
 
Bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı qolkiper rəqibin yaxşı oyunçuları və azarkeşləri olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR