Ramazanda oruc tutanların bəziləri iştahsızlıq, vaxt azlığı, daha çox yatmaq kimi müxtəlif səbəblərdən sahurda qidalanmırlar. Digərləri imsaka qalxır, ancaq bir stəkan su içib yatırlar.
AZXEBER.COM xəbər verir ki, Türkiyə Sivas Respublika Universiteti müəllimi Barış Sarıakçalı Ramazan ayında balanslı qidalanma ilə bağlı açıqlamalar verib.
Barış Sarıakçalı açıqlamasında bildirib:
"İmsak yeməyi həddindən artıq yağlı, duzlu və ağır yeməklərdən və xəmirlərdən ibarət olmamalıdır. Sahurda süd, qatıq, pendir, yumurta, tam taxıllı çörəklər və ya şorba, zeytunyağlı yeməklər və ya qatıqdan ibarət yeməklərə verilməlidir”.
İftarda sağlam qidalanma ilə bağlı məlumat verən Sarıakçalı, "İftarınıza pendir, pomidor, zeytun kimi səhər yeməyi ilə və ya şorba kimi yüngül yeməklərlə başlayıb, 10-15 dəqiqədən sonra az yağlı ət yeməyi və tərəvəz yeməyi ilə davam edə bilərsiniz. Yeməklərinizi tez yeməkdən çəkinin, yavaş-yavaş və hərtərəfli çeynəyin. İftarda həddindən artıq şərbət və yağlı desertlər yerinə südlü desertlərə və ya meyvəli desertlərə üstünlük vermək məqsədəuyğun olardı”, - deyə insanlara məsləhətlər verib.
Ayşən