Analarının daş-qaşları da daxil olmaqla 13 milyon funt-sterlinqlik mirasa sahib olan Şahzadə Uilyam və Şahzadə Harri onun evinə sahib ola bilməyəcəklər.
AZXEBER.COM xəbər verir ki, 1508-ci ildən Spenser ailəsinə məxsus olan mülk Şahzadə Harri və Uilyamın dayısı oğlu Luis Spenserə miras qalacaq.
Louis Diananın qardaşı Earl Charles Spencerin oğludur.
Qeyd edək ki, Şahzadə Diananın böyüdüyü və həmçinin dəfn olunduğu nəhəng Althorp malikanəsi hər yay qapılarını ziyarətçilərin üzünə açır.
Aysel