Şahzadə Harri bu tituldan məhrum edildi

Şahzadə Harri bu tituldan məhrum edildi
DÜNYA
18:10 11.08.2023
265
Uels şahzadəsi Harri "Əlahəzrət" titulundan məhrum edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, kral ailəsinin hər bir üzvü haqqında məlumatların yer aldığı "Kral ailəsi bölməsi"də şahzadə Harrinin adından "Əlahəzrət" titulu silinib.

2020-ci ilin yanvar ayında Şahzadə Harri və həyat yoldaşı Meqan Markl krallıq vəzifələrindən istefa veriblər. Cütlük İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçüblər.

Bukingem Sarayından verilən açıqlamaya görə, titulun silinməsinin gecikməsi Kraliça Elizabetin ölümü ilə gələn yeniləmələrlə bağlı olub. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR