Şahzadə Salman: Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır

Şahzadə Salman: Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır
DÜNYA
15:08 20.10.2023
190
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib ki, İsrailin blokada altındakı Qəzza zolağına hücumları dayandırılmalıdır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalı olan "Əl-İxbariyyə” vəliəhd şahzadə Məhəmməd bin Salmanın Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) paytaxt Ər-Riyadda keçirilən birgə sammitində açılış nitqini səsləndirib.

Çıxışında Qəzzadakı vəziyyətə də toxunan Salman deyib:

"Bu gün Qəzzada şahidi olduğumuz və bunun əvəzini günahsız mülki şəxslərin ödədiyi şiddətin artması bizi kədərləndirdi. Qəzzada hərbi əməliyyatlar dayandırılmalı və Fələstin dövlətinin qurulmasına zəmanət verəcək daimi sülhə nail olmaq üçün lazımi şərait yaradılmalıdır".

Ayşən
OXŞAR XƏBƏRLƏR