Şahzadə Uilyam koronavirusa yoluxubmuş: İctimaiyyətdən gizlədib

Şahzadə Uilyam koronavirusa yoluxubmuş: İctimaiyyətdən gizlədib
DÜNYA
10:00 02.11.2020
458
Şahzadə Uilyam bu ilin aprelində koronavirusa yoluxaraq sağalıb, ancaq o, bu barədə ictimaiyyətə məlumat verməyib.

Xəbəri "The Sun” nəşri dərc edib.

Mənbə iddia edir ki, şahzadə xəstəliyi çox ağır keçirib. O, tənəffüs problemləri yaşayıb.

Uilyam evində özünütəcrid rejiminə keçib və həkimlərin müşayiəti altında olub.

Qeyd edək ki, Böyük Britaniya koronavirusun ən çox yayıldığı ölkələrdən biridir.

Birləşmiş Krallıqda COVID-19-a yoluxanların sayı bir milyonu keçib, 46 717 xəstə pandemiyanın qurbanı olub.
OXŞAR XƏBƏRLƏR