Şahzadə Uilyam qəzzalı uşaqlara baş çəkib

Şahzadə Uilyam qəzzalı uşaqlara baş çəkib
DÜNYA
13:42 02.12.2025
53
Şahzadə Uilyam Britaniya xəstəxanalarında yatan yaralı qəzzalı uşaqlara gizlicə baş çəkib.

AZXEBER.COM BBC-yə istinadən xəbər verir ki, o, uşaqlar və onların ailələri ilə görüşündən dərin təsirləndiyini bildirib.

Kensington Sarayının məlumatına görə, səfərin məqsədi sağ qalanlara dəstək olmaq və ağır humanitar böhran zamanı onlara həyati qayğı göstərən Milli Səhiyyə Xidmətinin (NHS) işçilərinə minnətdarlığını bildirmək olub.

Şahzadə Uilyam təcili humanitar yardıma ehtiyac olduğunu bir daha vurğulayıb və soyqırıma son qoyulmasını tələb edərək, yardımın maneəsiz Qəzzaya çatmalı olduğunu bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR